Türkiyə Silahlı Qüvvələrinin Suriyanın Afrin şəhərində keçirdiyi “Zeytun budağı” əməliyyatı uğurla davam edir.
Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, əməliyyat zamanı 3 kənd terrorçulardan təmizlənib.
Məlumatlara görə, Kurna, Abudən və Baliya kəndləri suriyalı müxaliflərin nəzarətinə verilib.
Qeyd edilib ki, Burseya dağı terrorçulardan təmizləndikdən sonra növbəti hədəf Bafelyun təpəsi olacaq.