Bu ilin yanvar ayında Qırğızıstanın paytaxtı Bişkəkdə 15 nəfər soyuqdan donaraq ölüb.
Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, ölənlərin hamısı evsiz-eşiksiz insanlardır.
Şəhər milsinin küçədə apardığı reydlər zamanı ümumilikdə soyuqdan donmuş 85 nəfər sığınacaqlara yerləşdirilib. Şəhər meri anomal şaxtaya görə paytaxtn bütün rayonlarında sığınacaqlar quraşdırıldığını bildirib.
Qırğızıstanda hazırda güclü şaxta ilə müşayiət olunan soyuq hava hökm sürür. Yanvarın 26-dan 30-dək paytaxtda məktəblər bağlanıb. Sinoptiklər temperaturun ayın sonunacan 40-45 dərəcəyədək enəcəyini bildirirlər.