Almaniyanın Hamburq şəhərində pul daşıyan avtomobildən 2,3 milyon avro yoxa çıxıb.
Teleqraf.com xəbər verir ki, sürücü özünü pis hiss etdiyi üçün avtomobili yolun kənarına çəkib. Pul da bu zaman yoxa çıxıb.
2 milyon 300 min avronun itdiyi isə avtomobilin təhlükəsiz şəkildə mənzil başına çatdığı və pulların xəzinədara təhvil verildiyi zaman bəlli olub.
Pulun hansı quruma məxsus olduğu və nə zaman yoxa çıxdığı bilinmir.