Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ilə İngiltərənin baş naziri Tereza Mey Suriya böhranını müzakirə ediblər.
Teleqraf.com xəbər verir ki, telefon danışığı zamanı tərəflər Türkiyənin Afrindəki hərbi əməliyyatı barədə fikir mübadiləsi aparıblar.
Ərdoğan əməliyyatın beynəlxalq hüquqa, BMT-nin və digər beynəlxalq təşkilatların qanunvericiliyinə, konvensiyalara uyğun olduğunu baş nazirin diqqətinə çatdırıb.
Tereza Mey Suriyada sabitliyin qorunmasında önəmli rol oynayan Türkiyənin İŞİD-ə qarşı mübarizəsini təqdir etdiyini bildirib.
Tərəflər Suriya böhranının həlli üçün yaxın vaxtlarda birgə müzakirə aparılmasının vacibliyini vurğulayıblar.