İranda qadınlar futbol meydançalarına getmək üçün kişi cildinə girirlər.
Teleqraf.com xəbər verir ki, İranda kişi idman oyunlarını qadınların izləməsi qadağandır.
Buna görə də, iranlı qadınlar stadionlara parik, saqqal, bığ taxıb, kişi paltarında gedirlər. Onlar hətta stadiona keçmək üçün təhlükəsizlik xidmətini də aldatmağı bacarırlar.
İranlı qadınların bu hiyləsi dünya mediasında böyük maraqla qarşılanıb.
Bundan başqa, İranda kişilər də qadın cildinə girir. Onlar da qadınlar üçün ayrılan məkanlara girə bilmək üçün bu yola əl atırlar. Hətta qadın paltarı geyinib, makiyaj da edirlər…
Qeyd edək ki, sonuncu dəfə qadınlar arasında yarışlar təxminən 2 ay əvvəl baş tutmuşdu. İranda keçirilən 5-ci "Asiya Qadınlar Kabaddi" Çempionatında Tailand komandasının kişi məşqçisi, salona girmək üçün başını örpəklə bağlayaraq, qadın libasında içəri girmişdi.