Suriyada baş verən böhranın bir nömrəli səbəbi ABŞ-ın bölgədə mövcudluğudur.
Teleqraf.com xəbər verir ki, bu sözləri SEPAH generalı, sabiq müdafiə naziri Əhməd Vahidi Türkiyənin “Zeytun budağı” əməliyyatını şərh edərkən deyib:
“Əsas problem ABŞ-ın qanunsuz olaraq burada mövcudluğu, bu ölkəni parçalamağa istiqamətli fəaliyyətidir. Sözsüz ki, Türkiyə də bu bölgənin xüsusiyyətlərinə qarşı diqqətli olmalıdır”.
SEPAH-ın keçmiş komandanı Möhsün Rızayi də Afrin əməliyyatını şərh edib: “Türkiyə həyata keçirdiyi həmlələrlə ABŞ-ın planlarını pozmağa çalışır”.