27 Yanvar 2018 20:56
961
12 Punto 14 Punto 16 Punto 18 Punto

PYD/YPG terrorçularının Türkiyənin Hatay vilayətinə törətdiyi hücum nəticəsində bir uşaq yaralanıb.

Teleqraf.com Türkiyə mətbuatına istinadən xəbər verir ki, Afrindən Hatayın Reyhanlı rayonuna buraxılan raket 3 mərtəbəli binaya düşüb. Xoşbəxtlikdən bina boş olub.

Yaralanan uşaq xəstəxanaya çatdırılıb.

Xatırladaq ki, yanvarın 20-də Türkiyə Silahlı Qüvvələri Suriyanın Afrin bölgəsində PYD və YPG terrorçularına qarşı əməliyyata başlayıb. "Zeytun budağı" adı altında keçirilən əməliyyatlara Türkiyə Hərbi Hava Qüvvələrinin "F-16" təyyarələri də cəlb olunub.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər