ABŞ-ın Suriya ilə bağlı Türkiyəyə verdiyi vəd ilə atdğı addımlar üst-üstə düşmür.
Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, bu sözləri Türkiyə hökumətinin sözçüsü Bəkir Bozdağ deyib.
O bildirib ki, bundan sonra Türkiyə sadəcə sözə fikir verməyəcək, həmçinin onun icrasını qiymətləndirəcək:
"Türkiyə PKK terrorçularının dövlət qurmasına heç vaxt icazə verməyəcək".
Bozdağın sözlərinə görə, Afrindən sonra Menbiç və Fərat çayının şərq sahilləri də terrorçulardan təmizləyəcək.