28 Yanvar 2018 17:40
1 011
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ polisi daha bir qaradərili şəxsi öldürüb.

Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, hadisə Çikaqoda baş verib.

24 yaşlı gənc polisin açdığı atəş nəticəsində ölüb. Araşdırmalar zamanı gəncin ABŞ-dakı klublardan birində rep deməklə məşğul olduğu məlum olub.

Polis verdiyi ifadədə həmin şəxsi silahlı olduğu üçün öldürdüyünü deyib. Sosial şəbəkələrdə polisin təqib anı və reperi öldürməsini əks etdirən görüntülər yayımlanıb.


Müəllif: Sara

Oxşar xəbərlər