Türkiyənin İstanbul şəhərində Xalq Demokrat Partiyasının (HDP) ofisi yandırılıb.
Teleqraf.com xəbər verir ki, Suriyanın Afrin şəhərində keçirilən əməliyyat zamanı şəhid olan hərbçi Fatih Mehmethanın cənazə törənində iştirak edən insanlar PKK terror təşkilatına siyasi dəstək verən HDP-nin yerli ofisinə hücum ediblər.
Qəzəbli kütlə ofisdəki əşyaları dağıdaraq binanı yandırıblar. Ölən və yaralanan olmayıb. Ətrafdakı binalar yanğından mühafizə olunub.