Liviyanın sabiq prezidenti Müəmmər Qəzzafi 2004-cü ildə İngiltərənin “Mançestr Yunayted” futbol klubunu almaq niyyətində olub.
Teleqraf.com xəbər verir ki, bununla bağlı “Sandi Tayms” nəşri məlumat yayıb:
“Maliyyəçi Məhmət Dalman məsələni müzakirə etmək üçün şəxsi təyyarəsi ilə Liviyaya uçub. Qəzzafi klubu almağa çox yaxın olub. Yəni onu bu müqavilədən saatlar ayırırmış. Ancaq məlum hadisə baş verdi və Qəzzafi öldürüldü”.
Qeyd edək ki, “Mançestr Yunayted” 2016-2017-ci il mövsümündə ən çox gəlir əldə edən klub olub. Onun gəliri 676 milyon avro göstərilib.