Federal Təhqiqatlar Bürosunun direktor müavini Endryu Makkeyb istefa verib.
Teleqraf.com-un xəbərinə görə, bu barədə NBC telekanalı məlumat verib.
E.Makkeybin istefasının səbəbləri hələ ki, açıqlanmır.
“The New York Times” qəzetinə görə, Endryu Makkeyb Rusiyanın ABŞ-dakı son prezident seçkilərinə müdaxiləsi ilə bağlı araşdırmada fəal iştirak edib.