30 Yanvar 2018 15:55
738
12 Punto 14 Punto 16 Punto 18 Punto

Kiyev məhkəməsi Gürcüstanın sabiq prezidenti, Odessa vilayətinin keçmiş qubernatoru Mixail Saakaşvilinin silahdaşı Siverion Danqadzenin həbs müddətini uzadıb.

Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, bu barədə Saakaşvilinin rəhbəri olduğu Yeni Qüvvələrin Hərəkatı Partiyasının rəsmi saytı məlumat yayıb:

“Ötən il noyabrın 30-da həbs edilən Danqadze martın 31-dək azadlığa çıxa bilməyəcək. Bu müddətdə onu Saakaşviliyə qarşı ifadə verməyə məcbur edəcəklər”.

Qeyd edək ki, Danqadzeyə qarşı cinayətkar qruplaşmaya üzv olma maddəsi ilə ittiham irəli sürülüb.


Müəllif: Samir

Oxşar xəbərlər