ABŞ-a məxsus EP-3 döyüş təyyarəsi Qara dəniz istiqamətindən Rusiya sərhədlərinə yaxınlaşıb.
Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, olay zamanı Rusiya Hərbi Hava Qüvvələri ABŞ qırıcısına xəbərdarlıq edib.
Amerika təyyarəsi buna məhəl qoymadığı üçün Rusiyaya məxsus Su-27 qırıcısı havaya qalxıb. Bundan sonra EP-3 döyüş təyyarəsi istiqamətini dəyişib.
Gərginliyin 2 saat 40 dəqiqə davam etdiyi bildirilir.