Amerikalı porno-ulduz Stefani Klifford ABŞ Prezidenti Donald Trampla əlaqədə olması ilə bağlı yayılan informasiyalara münasibət bildirib.
Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, o, bütün bu iddiaları yalanlayıb:
“Mən bu iddiaları ona görə yalanlamıram ki, mənə deyilən məbləği ödəyiblər. Bu açıqlamanı o səbəbdən verirəm ki, belə hadisə olmayıb”.
Qeyd edək ki, iddialarda Kliffordun Trampın vəkili Maykl Koendən təcavüz olayına görə 130 min dollar təzminat istədiyi bildirilmişdi.