Türkitə Silahlı Qüvvələri (TSQ) Suriyanın Afrin bölgəsində həyata keçirdiyi "Zeytun budağı" əməliyyatı ilə bağlı aparılan təhqiqat nəticəsində Demokratik Toplum Konqresinin (DTK) həmsədri Leyla Güvən həbs edilib.
Teleqraf.com xəbər verir ki, Diyabəkir Prokurorluğu televiziya çıxışları və sosial şəbəkələrdəki paylaşımları zamanı "xalqı kin və düşmənçiliyə təhrik" etdiyi üçün Leyla Güvənin barəsində cinayət işi açıb.
Məhkəmə L.Güvənin barəsində həbs-qətimkan tədbiri seçib. Ona qarşı "silahlı terror təşkilatı qurmaq və idarə etmək", "terror təşkilatının təbliğatını aparmaq" və "xalqı kin və düşmənçiliyə təhriketmə" maddələri üzrə cinayət işi qaldırılırb.