Türkiyənin Təkirdağ vilayətində Türkiyə Silahlı Qüvvələrinin Afrində başladığı “Zeytun budağı” əməliyyatı əleyhinə sosial şəbəkələrdə paylaşım edən 10 nəfər saxlanılıb.
Teleqraf.com türk mediasına istinadla xəbər verir ki, sosial şəbəkədə terror təşkilatlarının lehinə təbliğat aparan şəxslərin yeri Təkirdağ vilayətinin polis bölməsinin əməkdaşları tərəfindən müəyyən edilərək əməliyyata başlanılıb. Əməliyyat nəticəsində 10 şübhəli saxlanılaraq polis bölməsinə gətirilib.