Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın gələn həftəyə planlaşdırılan Roma səfəri ilə əlaqədar İtaliya polisi hazırlıqlara başlayıb.
Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, 24 saat Romada qalacaq Ərdoğanı 3500 polis qoruyacaq.
Polis Ərdoğanın gedəcəkləri yerləri “Yaşıl zona” adlandıraraq, buralarda etiraz aksiyalarının keçirilməsini qadağan edib.
Qeyd edək ki, 59 il sonra gerçəkləşəcək səfər zamanı Ərdoğan Roma Papası Fransisk ilə görüşəcək.