"Airbus" şirkəti aviasənayedə inqilabi kəşfə imza atıb.
Teleqraf.com xəbər verir ki, şirkətin istehsal etdiyi "A321LR" təyyarəsi fasilə vermədən 7 min 400 km uça bilir.
Şirkət "Boeing"in məhsullarını geridə qoymaq üçün hər il yeniliklərə imza atmaqda davam edir.
Parisdən Nyu Yorka uçan "A321LR" sürətinə və genişliyinə görə özünə rəqib tanımır. 206 yerlik təyyarənin ilk sahibin adı açıqlanmır. Təyyarənin istismara verilməsi üçün 100 saatlıq uçuş etməsi tələb olunur.