Türkiyənin paytaxtı Ankara şəhərində Vergi Departamentindəki partlayışın adi qaz sızmasından deyil, PYD terror təşkilatı tərəfindən törədildiyi bəlli olub.
Teleqraf.com-un məlumatına görə, Suriyadakı PYD terror təşkilatının bir qanadı olan YPS-nin üzvlərinin Ankarada partlayış törətdikləri müəyyən edilib.
Partlayışı törətməkdə şübhəli bilinən 8 nəfərdən biri ölü ələ keçib.
Ərazidəki kameralara baxış zamanı gənc oğlanın əlindəki çantanı Vergi Departamentinin binasının girişinə qoyduğu görünüb.
Aparılan araşdırmalar zamanı oğlana yardım etmiş 4 nəfər saxlanılıb. Daha 4 nəfər isə axtarışa verilib.
Saxta pasportla gəzən 1991-ci il təvəllüdlü Mardin sakini Ersən Ərtoganın meyiti tapılıb.