İranda keçirilən son etiraz aksiyaları ilə bağlı saxlanılanların sayı 5 min nəfərə çatıb.
Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, bununla bağlı İran parlamentinin milli təhlükəsizlik komissiyasının üzvü Əlirza Rəhimi məlumat verib: “Onların əksəriyyəti şərti azadlığa buraxılsa da, 500-ə yaxın şəxs hələ də həbsxanalarda saxlanılır. Etirazlarda tutulanların 94,73 faizini kişi, 5,27 faizi isə qadındır. Həbs edilənlərdən 50 faizi 19-25 yaş, 27 faizi isə 25-32 yaş arasında olan etirazçılardır”.
Xatırladaq ki, ötən ilin son günlərində İranın 101 şəhərində hakimiyyətə və onun dini lideri Əli Xamneyiyə qarşı kütləvi etirazlar keçirilib. Etirazlardan ən azı 25 nəfər öldürülüb.