Göyərtəsində 22 dənizçinin olduğu Hindistana məxsus tanker Afrika sahillərində yoxa çıxıb.
Teleqraf.com-un məlumatına görə, gəmi ilə əlaqə Benin sahillərində olarkən itib.
"Marine Express" gəmisi ümumi dəyəri 8,1 milyon dollar olan 13,5 min ton yanacaq aparırmış.
Ehtimal olunur ki, gəmi dəniz quldurları tərəfindən ələ keçirilib. Hindistan hökuməti Benin və Nigeriyanın müvafiq qurumlarına tankerin tapılmasında yardım etmələri üçün müraciət edib.