4 Fevral 2018 13:04
657
12 Punto 14 Punto 16 Punto 18 Punto

Yanvarın 7-də Şimali Kipr Türk Republikasında keçirilən seçkilərdən sonra koalisiya hökuməti formalaşıb.

Teleqraf.com xəbər verir ki, yeni hökuməti Cümhuriyyətçi Türk Partiyası (CTP), Xalq Partiyas (XP), Demokratik Toplum Partiyası və Demokrat Partiyası qurub.

Yeni hökuməti prezident Mustafa Akıncı təsdiqləyib.

Şimali Kipr Türk Respublikasının yeni baş naziri isə Cümhuriyyətçi Türk Partiyasının lideri Tufan Ərhurman olub. Baş nazir prezident tərəfindən qəbul olunub və onun qurduğu yeni koalisiya hökuməti təsdiq edilib.

T.Ərhurman mətbuata deyib ki, yeni hökumətin siyahısını prezidentə təqdim edib, öz növbəsində prezident də yeni koalisiya hökumətinə müsbət yanaşıb.


Müəllif: Cavad

Oxşar xəbərlər