4 Fevral 2018 17:15
1 031
12 Punto 14 Punto 16 Punto 18 Punto

İtaliyada miqrantlara qarşı silah işlədilib.

Teleqraf.com xəbər verir ki, hadisə İtaliyanın Makerata şəhərində baş verib.

Avromobillə hərəkət edən bir nəfər şəhərin mərkəzində olan miqrantlara atəş açıb. Nəticədə 6 nəfər yaralanıb.

İtaliya mediası hadisədən sonra bir vətəndaşın saxlanıldığı haqda xəbər yayıb. Mətbuat yaralanan şəxslər arasında bir xanımın da olduğunu qeyd edib.

Qeyd edək ki, bir neçə gün əvvəl Makerata şəhərində 18 yaşlı bir qadının parçalanan cəsədi tapılıb. Buna görə 29 yaşlı nigeriyalı qaçqın saxlanılıb. Hazırda İtaliya polisi qaçqınlara edilən silahlı hücumla son cinayət işi arasında əlaqənin olub-olmadığını araşdırır.


Müəllif: Cavad

Oxşar xəbərlər