Koreya Xalq Demokratik Respublikasının lideri Kim Çen həyat yoldaşı ilə birgə gecə trolleybusla Pxenyanı gəzib dolaşıb.
Teleqraf.com xəbər verir ki, bu barədə Cənubi Koreyanın “Rönhap” agentliyi KXDR-in Mərkəzi Teleqraf Agentliyinə istinadən məlumat yayıb.
Ölkə başçısını və xanımı Li Sol Çjunu gəzinti zamanı Koreya Əmək Partiyasının yüksək çinli funksionerləri müşayiət edib.
Kim Çen İn yeni trolleybusların texniki xarakteristikasından razı qalıb.