Moskvadan Tailandın Puket adasına uçan və turistləri daşıyan, “Nordwind” kompaniyasına məxsus “Boeing 777-200” tipli təyyarə Dehlidə təcili eniş etməyə məcbur olub.
Teleqraf.com xəbər verir ki, turistlər hazırda Moskvadan Dehliyə yeni təyyarənin gəlişini gözləyirlər. Həmin təyyarə onları Tailanda çatdıracaq.
“Təyyarə Dehliyə endikdən sonra məlum olub ki, hava limanı əməkdaşlarının texniki problemi aradan qaldırması mümkün deyil. Turistlər üçün iki hava gəmisi göndəriləcək”, deyə Rusiya Turoperatorlar Assosiasiyasının yaydığı məlumatda bildirilib.
Assosiasiya onu da bildirib ki, viza formallığı səbəbindən sərnişinlər təyyarəni tərk edə bilmirlər və 9 saatdır ki, göyərtədə qalmalı olublar.
O da bildirilir ki, aviakompaniya yeni təyyarə gələnədək sərnişinlərin hotellərə yerləşdirilə bilməsi üçün yerli hakimiyyətlə intensiv danışıqlar aparır.