Rusiya tərəfi S400 zenit-raket komplekslərinin (ZRK) qiymətləri və çatdırılması məsələsində Ankaraya kömək edib. Rusiya bu məsələdə ümidlәrimizi doğrultdu.
Teleqraf.com xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İtaliyanın "La Stampa" nəşrinə müsahibəsində bildirib.
Ərdoğanın sözlərinə görə, Suriya ərazisindən hücumlar Türkiyəni hava hücumundan müdafiə sistemini müasirləşdirməyə məcbur edib:
"Bununla bağlı Rusiya ilə danışıqlar apardıq. Rusiya ilə bu məsələdə razılıq əldə edə bildik".
Ərdoğan qeyd edib ki, Türkiyə gələcəkdə Hava Hücumundan Müdafiə üzrə kompleksləri xaricdən almamağı, istehsal etməyi planlaşdırır.