Cənubi Kiprdə keçirilən prezident seçkilərinin nəticələri açıqlanıb.
Teleqraf.com xəbər verir ki, yunan dövlətinin əvvəlki başçısı Nikos Anastasiadis səslərin 56 faizini qazanaraq yenidən prezident seçilib.
Seçicilərin fəallığı 73,97 faiz təşkil edib.
Xatırladaq ki, Kiprin yeni prezidenti öz vəzifələrinin icrasına fevralın 28-də başlayacaq.