Rusiyaya aid qırıcılar ötən gecə Suriyanın İdlib bölgəsinə avia-zərbələr endirib.
Teleqraf.com xəbər verir ki, nəticədə 8 nəfər ölüb, 40 nəfər yaralanıb.
Avia-zərbələr İdlib gərginliyi azaltma bölgəsinə endirilib. Ölənlərin sayının artacağı bildirilir.
Rusiyanın Suriyadakı bazasına edilən hücumdan sonra iki aydır İdlib rus qırıcılarının hücumuna məruz qalır. Yanvar ayında İdlibdə 211 mülki şəxs ölüb, 447 nəfər yaralanıb.
4-5 mayda Astana toplantısında Türkiyə ilə sərhəddə yerləşən İdlib "gərgnliyi azaltma bölgəsi" elan edilmişdi.
Silahlı müxalifətin nəzarətində olan İdlibə Rusiya ilə yanaşı Əsəd ordusu da tez-tez hücumlar edir.