"Əgər bizimlə müttəfiq olmaq istəyirsənsə çapulçulara (talançı, fırıldaqçı) etibar etməyəcəksən".
Teleqraf.com xəbər verir ki, bunu Türkiyənin baş naziri Binəli Yıldırım Kilisdə Afrində həyata keçirilən əməliyyat barədə danışarkən bildirib. Onun sözlərinə görə, bu günə qədər Suyadan Hataya 60, Kilisə 34 raket atılıb. Nəticədə 7 mülki şəxs şəhid olub, 113 nəfər yaralanıb.
"Keçirilən əməliyyatla bağlı qaralama kampaniyası aparanlara, buna inananlara tək bir sözümüz var. NATO-da müttəfiqimizsiz. Əgər müttəfiqliyimiz davam edəcəksə çapulcuların sözlərinə etibar etməyəcəksiz. Dostluğa güvənib, Türkiyənin sözünə etibar edəcəksiniz", deyə B.Yıldırım qeyd edib.