5 Fevral 2018 22:46
2 294
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyədə yaxın günlərdə milli "votsap"ın istifadəsinə start veriləcək.

Teleqraf.com xəbər verir ki, bu barədə Türkiyə Nazirlər Şurasının toplantısından sonra hökumətin sözçüsü Bəkir Bozdağ jurnalistlərə açıqlamasında bildirib.

Bəkir Bozdağ bildirib ki, tam yerli və milli "Votsap"ın oxşarı olan "PTT Messenger" hazırlanıb.

Nazirlər Şurasının toplantısında nəqliyyat, dənizçilik və informasiya naziri Əhmət Arslan "PTT Messenger"ini təqdim edib. B.Bozdağ yerli şəbəkənin "votsap"dan daha etibarlı olduğunu bildirib: "Proqramdan ilk istifadəni baş nazirimiz edib və yeni şəbəkə ilə "Zeytun budağı" hərəkatına qatılan hərbçilərlə əlaqə saxlayıb. "PttMessenger" platforması çoxfunksional bir sistemdir".


Müəllif: Ayxan

Oxşar xəbərlər