Fond indekslərinin aşağı enməsi ilə əlaqədar dünyanın 500 zəngin adamı bir gündə 114 milyard dollar itirib.
Teleqraf.com xəbər verir ki, bununla bağlı “Blumberq” agentliyi məlumat yayıb:
“Ən çox ziyan görən “Berşire Hathavay” şirkətinin rəhbəri Uorren Baffetdir. O, bir gündə 5,1 milyard dollar itirib. Feysbukun yaradıcısı Mark Zukerberqin zərəri 3,6 milyard olub.
“Amazon”un rəhbəri Ceff Bezos 3,3 milyard, Quql yaradıcıları - Larri Peyc və Serqey Brin 2,3 milyard, Maykrosoftun rəhbəri Bill Qeyts isə 2,25 milyard dollar pul itiriblər”.