İran İnqilab Keşikçiləri Korpusunun (Sepah) baş komandanının müşaviri Hüseyn Səlami Tehranda keçirilən toplantıda çıxış edərək, İranın hərbi sahədə, o cümlədən də ballistik raket istehsalı sahəsində əldə etdiyi nailiyyətlərindən danışıb.
Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, o, ölkənin ballistik raketlərinin istehsalında istifadə olunan texnologiyanın nə heç bir superdövlətdə olmadığını deyib:
“Bizim elə bir ballistik raketimiz var ki, onun bənzəri Amerika və Rusiyada yoxdur. Elə ballistik raket istehsal etmişik ki, onun sürəti səsin sürətindən 8 dəfə çoxdur. 100 faiz dəqiq olan bu güclü raket hərəkətdə olan gəmiləri hədəf almağa qadirdir və məhz dəqiqliyinə görə, bütün Amerika və Rusiya raketlərindən üstündür”.