Avropa Birliyi Komissiyasının başqanı Jan-Klaud Junker Qərbi Balkan ölkələrinin (Serbiya, Kosova, Makedoniya, Monteneqro (Qaradağ), Bosniya-Hersoqovina və Albaniya) 2025-ci ilə qədər AB-yə daxil olacağını açıqlayıb.
Teleqraf.com xəbər verir ki, Strasburqda Avropa Parlamentinin önündə jurnalistlərə açıqlama verən Junker qeyd olunan ölkələrin hələ şərtləri yerinə yetirməkdən çox uzaq olduqlarını, amma 2025-ci il tarixinin bu ölkələr üçün ciddi önəm daşıdığını bildirib: "Vəd etdiyimiz tarix Qərbi Balkan ölkələrinə islahatları sürətlə aparmaları üçün stimul verəcək. Balkan ölkələrinin rifahı üçün yatırılan investisiyalar AB-nin təhlükəsizliyinə və gələcəyinə qoyulan investisiyadır"
Albaniyadan başqa Qərbi Balkan ölkələri vaxtilə Yuqoslaviyanın tərkibində olub. Hazırda müstəqil olan bu dövlətlərdə korrupsiya, azad bazar və rəqabət mühitilə bağlı ciddi problemlər var. Buna baxmayaraq Brüssel Qərbi Balkan ölkələrini AB üzvlüyünə potensial namizədlər olaraq qəbul edir.
Türkiyə kimi güclü dövlət isə 55 ildir qapı arxasında gözləyir.