7 Fevral 2018 15:06
742
12 Punto 14 Punto 16 Punto 18 Punto

İran Prezidenti Həsən Ruhani jurnalistlərlə görüşündə ölkənin indiki durumundan narazı olan gənc nəsildən və onun tələblərindən danışıb.

Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, Ruhani hazırda ölkə əhalisinin 70 faizini gənclərin təşkil etdiyini və onların müasir dövrün tələblərinə uyğun öz istəklərinin olduğunu deyib:

“İslam inqilabı baş verəndə bizim ölkə əhalisinin yeddi milyonunu gənclər təşkil edirdi. Lakin bu gün onlar ölkə əhalisinin 70 faizini təşkil edirlər. Onların müasir dövrün tələblərinə uyğun olaraq öz düşüncələri və yolları var. Elə buna görə də hesab edirəm ki, biz gənc nəslin səsini eşitməli, onun düşüncə və fikirlərini qəbul etməliyik.

İndiki nəslin öz ideyaları, öz sözü və təklifləri var. İndiki gənclərin intellekt səviyyəsi də keçmişdəkindən tam fərqlidir”.

Xatırladaq ki, bir müddət əvvəl İranın 101 şəhərində hakimiyyətə və onun dini lideri Əli Xameneyiyə qarşı kütləvi etirazlar keçirilib. Etirazlarda, Xameneyiyə, Həsən Ruhaniyə “Ölüm” şüarları səsləndirilib, onların hakimiyyətdən getməsi tələb olunub. Etirazlarda, ən azı 25 nəfər öldürülüb, onlarla aksiyaçı yaralanıb, 5000-ə yaxın insan həbs edilib.


Müəllif: Samir

Oxşar xəbərlər