7 Fevral 2018 23:01
760
12 Punto 14 Punto 16 Punto 18 Punto

Polşanın iqtidar partiyası “PiS”dən olan avropalı deputat Rışard Çarnetski Avropa Parlamentinin vitse-prezidenti vəzifəsindən azad edilib.

Teleqraf.com xəbər verir ki, bununla bağlı qərar Avropa parlamentariləri tərəfindən qəbul edilib. Səbəb Rışard Çarnetskinin həmkarı – Avropa parlamentinin Polşanın “Vətəndaş Platforması” partiyasından olan deputatı Roza Tunun ünvanına təhqiramiz sözlər söyləməsidir.

Qeyd edək ki, alman telekanallarının birində yayımlanan reportajda Roza Tun Polşadakı vəziyyəti tənqid edib. Rışard Çarnetski buna cavab olaraq Polşanın “niezależna.pl” portalına müsahibəsində deyib: “İkinci Dünya müharibəsi zamanı bizdə şmalçovniklər (yəhudiləri almanlara təslim etməklə hədələyib onlardan pul alanları təhqir edən söz) vardı, bu gün isə, təəssüf ki, bu ənənəyə uyğun gələn Roza Tun var”.

Rışard Çarnetskinin xələfinin Avropa Parlamentinin növbəti sessiyasında seçiləcəyi gözlənilir.


Müəllif: Samir

Oxşar xəbərlər