PKK terror təşkilatının Suriya qolu sayılan PYD döyüşçüləri yerli sakinləri zorla Türkiyə Silahlı Qüvvələrinə qarşı döyüşməyə məcbur edir.
Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, bununla bağlı zorla döyüşməkdən imtina edərək, türk əsgərlərinə təslim olan suriyalılar məlumat verib.
Bəşir adlı yeniyetmənin sözlərinə görə, ailəsindən ayrıldıqdan sonra PKK-çılar ona 12 gün təlim veriblər, daha sonra isə döyüş bölgəsinə göndəriblər.
Onun bu fikirlərini digərləri də təsdiq edib.