Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla İran prezidenti Həsən Ruhani arasında telefon danışığı olub.
Teleqraf.com "Anadolu" agentliyinə istinadən xəbər verir ki, prezidentlər Suriya məsələsi ilə bağlı son vəziyyət müzakirə edilib.
Ərdoğan Suriya məsələsi ilə bağlı Soçidə keçirilən sammitin davamı olaraq növbəti görüşün İstanbulda keçirilməsinin nəzərdə tutulduğunu deyib.
Xatırladaq ki, İran prezidenti Həsən Ruhani daha öncə Türkiyənin Suriyada həyata keçirdiyi "Zeytun budağı" əməliyyatını tənqid edib və Ankaranı Suriyanın ərazi bütövlüyünü pozmaqda ittiham edib.