9 Fevral 2018 08:05
740
12 Punto 14 Punto 16 Punto 18 Punto

Avropa Parlamentinin Strasburqda keçirilən plenar iclasında Avropa İttifaqı ölkələrində yay və qış vaxtlarına keçid rejiminin ləğv olunmasına dair qərar layihəsi qəbul olunub.

Teleqraf.com xəbər verir ki, parlament üzvlərinin 384-ü layihənin lehinə, 153-ü əleyhinə səs verib, 12 deputat bitərəf qalıb. Beləliklə, Avropada yay vaxtına keçidin ləğvinə yaşıl işıq yandırılıb. Prosedura əsasən, qərar daha sonra Avropa komissiyasında dəyərləndiriləcək. Avropa İttifaqının sammitində müsbət nəticə əldə olunacağı təqdirdə isə üzv ölkələrin parlamentlərində müzakirəyə çıxarılacaq.

Avropa İttifaqı ölkələrində yay və qış vaxtlarına keçid Avropa Parlamentinin və Aİ Şurasının 2000/84/EG göstərişi ilə tənzimlənir. Saatın əqrəblərinin çəkilməsinin məqsədəuyğunluğu ətrafında mübahisələr onun tətbiq olunduğu vaxtdan bəri davam edir. Bir çoxlarının fikrincə, yay vaxtına keçid iqtisadi baxımdan özünü doğrultmur və insanların narahatlığına səbəb olur.

Asiya, Afrika və Cənubi Amerikanın bəzi ölkələri bu praktikadan imtina etsə də, Avropada və Şimali Amerikada hələ də tətbiq edilir.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər