9 Fevral 2018 00:54
877
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ukraynanın paytaxtı Kiyevdə qadın ticarəti ilə məşğul olan Azərbaycan vətəndaşı saxlanılıb.

Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, adı açıqlanmayan 24 yaşlı azərbaycanlı fevralın 6-da üç nəfər ukraynalı qadını Türkiyəyə göndərməyə çalışarkən hüquq mühafizə orqanları tərəfindən saxlanılıb.

Məlumata görə, həmyerlimiz Kiyevdə maliyyə sıxıntısı olan gözəl görünüşlü qadınlarla tanış olub, onlara xaricdə yüksək maaşlı iş vədi verirmiş. Qadınların Türkiyədə restoran və gecə klublarında ofisant və digər vəzifələrdə çalışmaqla çoxlu pul qazanacaqlarına inandıran azərbaycanlı tələyə düşən hər bir qadına görə təxminən 1000-2000 dollar məbləğində pul qazanırmış.

Hadisə ilə bağlı cinayət işi açılıb, hazırda araşdırmalar davam edir.


Müəllif: Kəmalə

Oxşar xəbərlər