ABŞ hökuməti fəaliyyətini rəsmən dayandırıb.
Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, buna səbəb müvəqqəti büdcə layihəsinin vaxtının başa çatması göstərilib.
ABŞ federal hökuməti bu vaxt başa çatana kimi yeni büdcəni təsdiq etməli idi. Bununla da bu il ikinci dəfə ABŞ hökuməti fəaliyyətini dayandırmağa məcbur olub.
Qeyd edək ki, yanvarın 20-də də ABŞ hökuməti fəaliyyətini rəsmən dayandırmışdı.