9 Fevral 2018 14:27
2 193
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyədə ABŞ vətəndaşı Sərxan Kölgənin həbs edilməsi Vaşinqtonda dərin narahatlıq yaradıb.

Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, bu sözləri ABŞ Dövlət Depratamentinin sözçüsü Hezer Noyert deyib.

O bildirib ki, Kölgə heç bir dəlil olmadan həbs edilib: “Türkiyəyə səyahət edən və bu ölkədə yaşayan ABŞ vətəndaşlarının təhlükəsizliyi bizim üçün çox vacibdir”.

Məsələ ilə bağlı Ankara tərəfi hələlik heç bir açıqlama verməyib.

Qeyd edək ki, Kölgə fevralın 8-də Fətullahçı terror təşkilatına üzv olma maddəsi ilə ittiham olunub və Türkiyə məhkəməsinin qərarı ilə həbs edilib.


Müəllif: Samir

Oxşar xəbərlər