Suriya Prezindenti Bəşər Əsədə sadiq qüvvələr YPG terror təşkilatına silah yardımı edir.
Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, bu sözləri Əsəd rejiminin millət vəkili Ömər Ose deyib.
O bildirib ki, hökumət PKK terrorçularına muxtariyyət verməyə hazırdır.
Osenin sözlərinə görə, Əsəd ordusu Afrin əməliyyatında YPG terrorçularına silah yardımını davam etdirəcək.
Qeyd edək ki, Bəşər Əsəd Türkiyənin Afrin əməliyyatını Suriyaya təcavüz kimi dəyərləndirmiş, hətta türk qırıcılarının vurulacağını bildirmişdi: “Afrində baş verənlər zalımcasına təcavüzüdür. Bunu Türkiyənin Suriya ilə bağlı siyasəti, yəni terroru dəstəkləmək siyasətindən ayırmaq olmaz”.