11 Fevral 2018 09:50
1 315
12 Punto 14 Punto 16 Punto 18 Punto

Nobel Sülh Mükafatı 2002-ci ildə “Bütün dünyada münaqişələrin sülh yolu ilə həlli üzrə səylərinə və insan hüquqları uğrunda apardığı mübarizəyə görə” ABŞ-ın 39-cu prezidenti (1977-1981) Cimmi Karterə verildi. Dağlıq Qarabağ münaqişəsi bu dəfə də “Karterin dünyası”ndan kənarda qaldı.

Teleqraf.com xəbər verir ki, bunu Azərbaycan Dövlət Aqrar Universitetinin dosenti, siyasi elmlər üzrə fəlsəfə doktoru Ceyhun Hüseynov bildirib.

O, C.Karterlə bağlı bir əhvalatı xatırladıb:

“Karter Ağ Evin “Dəyirmi” kabinetinə prezident kimi birinci dəfə daxil olanda xoşagəlməz qoxu hiss edir və təcili olaraq administrasiya rəhbərliyini çağırtdıraraq qoxunun səbəbini aydınlaşdırmağı xahiş edir. Məlum olur ki, prezidentin otağından ölmüş siçovulun üfunətli iyi gəlir. Bundan əsəbiləşən Karter ölmüş siçovulun vaxtında kabinetdən götürülməməsini administrasiya rəhbərliyinə irad tutanda çox qəribə bir cavabla rastlaşır. Ağ Evin inzibatçıları bu işin onların səlahiyyəti daxilində olmadığını söyləyir və qeyd edirlər ki, bu məsələ ilə Daxili İşlər Nazirliyi məşğul olmalıdır. Çünki ölkədə ekoloji məsələlər, heyvanların mühafizəsi, qorunması, bu sahə ilə bağlı problemlər də məhz onların səlahiyyəti daxilindədir. Bu cavabdan sonra Karter Daxili İşlər Nazirliyinin rəhbərliyini Ağ Evə dəvət edir. Onları məsələdən agah edəndə bu dəfə də qəribə cavab alır. Nazirlik nümayəndələri bildirirlər ki, onlar Ağ Evin həyətindəki yaşıllıqlarda, bağlarda olan vəziyyətə cavabdehdirlər, siçovul isə artıq içəridədir və ona administrasiya məsuliyyət daşıyır. Səbri tükənən Karter hər iki qurumun rəhbərliyinə tapşırır ki, birgə bu məsələni təcili həll etsinlər. Administrasiya və nazirlik nümayəndələrindən ibarət komissiya yaradılır və nəhayət ki, siçovulun prezident kabinetindən kənarlaşdırılması təmin olunur”.

C.Hüseynov qeyd edib ki, Azərbaycan torpaqlarına zorla soxulan erməni siçovulları da vaxtında ərazilərimizdən çıxarılmadığından bu gün münaqişənin nizamlanmasına məsul olan ATƏT və dünyada sülhün və təhlükəsizliyin bərqərar olmasına çalışan BMT Dağlıq Qarabağ münaqişəsinin həll olunması məsuliyyətini bir-birinin üzərinə atırlar:

“Azərbaycan hökuməti isə işğal altında olan torpaqlarımızdakı siçovulların üfunətli iyi artdığından, hər iki beynəlxalq qurumdan münaqişənin həll olunması istiqamətindəki səylərini artırmalarını tələb edir. Аzərbаycаnın uzun illərdən bəri istifаdə еtdiyi diplоmаtiyа və təbliğаt siyаsətinin səmərə vеrməyəcəyi təqdirdə, öz tоrpаqlаrını mühаribə yоlu ilə аzаd еtmək bаrədə qərаr vеrməsi hər zаmаn аktuаllаşа bilər. Özü də Cimmi Karterin də vaxtında rəhbərlik etdiyi ABŞ adminstrasiyasının özgə İrаq tоrpаğındа “dеmоkrаtiyа” ixracı adı altında apardığı və bir milyondan artıq insanın ölümünə səbəb olan mühаribədən fərqli olaraq, Аzərbаycаn özünün ərazi bütövlüyünün bərpa edilməsinə və öz yurd-yuvalarından didərgin düşmüş bir milyondan artıq insanın öz doğma torpaqlarına qaytarılmasına çalışır”.


Müəllif: Səxavət Həmid

Oxşar xəbərlər