10 Fevral 2018 19:13
2 034
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyədə 65 il əvvəl dənizə düşən sərnişin təyyarəsinin qalıqları üzə çıxarılıb.

Teleqraf.com xarici KİV-ə istinadla xəbər verir ki, təyyarənin qalığını Türkiyənin axtarış-xilasetmə təyinatlı sualtı qayığı tapıb.

Sualtı qayıq təyyarəni təxminən 250 metr dərinlikdə aşkarlayıb. Mühərriki istisna olmaqla, layner zədələnməyib.

Qeyd edək ki, 1953-cü ildə Paris-Tehran reysi ilə uçan “Air France” kompaniyasına məxsus təyyarə Türkiyənın Qızılada adasının sahillərində qəzaya uğrayaraq batıb.

32 sərnişin və 8 ekipaj üzvü qəzadan sağ qurtara bilib, 4 isə həlak olub.


Müəllif: İlhamə Əbülfət

Oxşar xəbərlər