Yunanıstana müraciət edən miqrantlar düşərgədə cinsi təzyiqlərə məruz qalır.
Teleqraf.com-un xəbərinə görə, bu barədə BMT-nin Qaçqınlar üzrə komissarlığı məlumat yayıb.
Komissarlıq yunan adalarında 622 qaçqının cinsi təzyiqlərlə üzləşdiyini bildirib. Eyni zamanda qeyd edilib ki, təzyiqlərə məruz qalmasına baxmayaraq onlar bunu açıqlamaqdan ehtiyatlanırlar. Bu isə belələrinin sayca çox ola biləcəyi ehtimalını gücləndirir.
Qaçqınlar üzrə komissarlığının sözçüsü Ceceile Pouill deyib ki, Midilli adasındakı qaçqınlar mərkəzində durum daha pisdir. Onun sözlərinə görə, mərkəzdə çoxlu miqrant məskunlaşıb və qaranlıq düşdükdən sonra qadınlar ayaqyolu və hamama getmirlər.