Sabah Dubayda dünyanın ən hündür otelinin açılış mərasimi olacaq.
Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, otel 75 mərtəbədən ibarətdir və binanın hündürlüyü 356 metrdir.
"Gevora" oteli bu göstərici ilə "Marriot Marquis" otelini geridə qoya bilib.
Qeyd edək ki, 72 mərtəbədən ibarət "Marriot Marquis" otelin hündürlüyü 355 metr olub.