İnternet şəbəkələrində paylaşılan video hər kəsdə ciddi narahatlıq doğurub.
Teleqraf.com xəbər verir ki, videoda ABŞ-ın məxfi “51-ci zona”sından harayasa daşınan qablaşdırılmış nüvə raketi və ya buna bənzər bir şey görüntülənib.
ABŞ gizli xidmətləriylə zarafatın yaxşı nəticə verməyəcəyini nəzərə alan və buna görə də adını gizli saxlamağı qərara alan şahid hadisəni belə nəql edib:
“Hadisəyə Sore Finger Road rayon yolunda şahid oldum. Həmin müəmmalı yüklər yanımızdan ötüb keçəndə məni heyrət bürüdü: “Bu nədir belə?” Üstəlik də, bura ikinci dərəcəli yoldur, demək ki, gizli xidmət orqanları diqqət çəkməmək üçün qəsdən bu “sakit” yolu seçiblər. Yükləri müşayiət edən polislərin üzündəki gərginlikdən də görünürdü ki, söhbət çox ciddi və təhlükəli daşınmalardan gedir. İlahi, sən özün bizim hakimiyyəti növbəti sarsaq addımdan saxla!”
Amerikalının hökumətə səslənməsi əbəs deyil. ABŞ əhalisi Trampın Şimali Koreya ilə savaşa başlayacağından ehtiyat edir, bu isə o deməkdir ki, nüvə başlıqları təkcə Koreya əhalisinin üstünə deyil, onların da üstünə yağacaq.
Qeyd edək ki, ABŞ kəşfiyyatının keçmiş zabiti Malkolm Nens Trampın 35 dəqiqə içində Şimali Koreyanı məhv etmək planının olduğunu bildirmişdi…