11 Fevral 2018 21:38
794
12 Punto 14 Punto 16 Punto 18 Punto

Hollandiyanın şimalında Draçten şəhərində Mərakeş əsilli müsəlmanların ibadət etdiyi məscidə hücum olub.

Teleqraf.com "Anadolu" agentliyinə istinadla xəbər verir ki, naməlum şəxslərin hücumu nəticəsində məscidə ciddi ziyan dəyib. Draçten cəmiyyətinin rəhbəri Halid Bennaçeur sözügedən hücumu pisləyib. Onun sözlərinə görə, sübh namazına gələnlər kəskin qoxu hiss ediblər, günorta isə yanıq izləri və şüşələrin qırıldığını müşahidə ediblər. Hücumun saat 04:00 radələrində olduğunu deyən Halid Bennaçeur qeyd edib ki, hadisənin təfərrüatı təhlükəsizlik kamerasına düşüb.

Cəmiyyətin rəhbəri vurğulayıb ki, naməlum şəxs məscidin arxa şüşəsini qırandan sonra içəri yandırıcı maddə atıb. Hadisə barədə polisə məlumat verilib.


Müəllif: Kəmalə

Oxşar xəbərlər