ABŞ PKK terror təşkilatının Suriya qolu sayılan PYD/YPG qüvvələrinin bir hissəsinin Afrinə keçdiyini etiraf edib.
Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, bununla bağlı ABŞ Müdafiə naziri Ceyms Mettis açıqlama verib.
Onun sözlərinə görə, bu işdə YPG silahlılarına ABŞ tərəfi heç bir yardım göstərməyib:
“Afrin əməliyyatı səbəbindən İŞİD terror təşkilatına qarşı mübarizədə diqqətimiz dağılıb. Bu səbəbdən bir qrup YPG-çi Afrinə gedib. Onlara heç bir yardım göstərməmişik. Həmin silahlılar kürd qardaşlarını qorumaq üçün Afrinə gediblər”.